Naftalanda istixanada yanğın olub
6
10:00 - 07 İyul 2024
Naftalan şəhərində istixana ərazisində yanğın baş verib.
Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, ümumi sahəsi 1000 m² olan birmərtəbəli inzibati binanın sahəsi 50 m² olan 1 otağının plastik pəncərə çərçivəsi və içərisində olan əşyalar qismən yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.