Close

Qubada “Mercedes” traktor qoşqusu ilə toqquşub, yaralananlar var

Quba rayonunun Əliməmmədoba kəndi ərazisində baş verən qəzada iki nəfər xəsarət alıb.

TNS xəbər verir ki, hadisə zamanı "QAZ 53" markalı yük avtomobilinə qoşulan traktor qoşqusu açılıb və arxadan gələn "Mercedes Vito" ilə toqquşub. Qəza zamanı "Mercedes"də olan iki nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.