Qadın bağ evindən 47 mindən çox pul oğurladı
13
17:37 - 06 İyul 2024
Sumqayıtda oğurluq hadisəsi baş verib.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, hadisə iyulun 2-də Novxanı bağlar sahəsindəki evlərin birində qeydə alınıb.
Belə ki, evdən 47 600 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.