Close

Babək rayonunda yol qəzası olub, yaralananlar var

Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.

TNS xəbər verir ki, rayonun Cəhri qəsəbəsi ərazisində baş verən qəzada iki məktəbli xəsarət alıb.

Hadisə zamanı Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Rəhimli Rəhim Famil oğlu və Babək şəhər sakini Babazadə Rza Səid oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.