Close

Şərurda yeddi yaşlı uşaq hovuzda boğulub

Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub.

TNS xəbər verir ki, hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində olub.

Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.