Close

Gəncədə yaşayış binasında yanğın olub

Gəncə şəhərində ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 77 m² olan dörd otaqlı mənzilin eyvanı 5 m² sahədə yanıb.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.