Close

Gəncədə qəza olub - Velosipedçi xəsarət alıb

Gəncə şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

TNS xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, avtomobil qarşısına çıxan velosipedçini vurduqdan sonra digər avtomobilə çırpılıb. Qəza nəticəsində velosipedçi xəsarət alıb.

Həmçinin avtomobillərə zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.