Close

Şəkidə fərdi yaşayış evində yanğın baş verib

Şəkidə hazırda yaşayış olmayan və sahibi bilinməyən fərdi yaşayış evində yanğın baş verib.

TNS xəbər verir ki, axşam saatlarında rayonun Çələbixan qəsəbəsində qeyd əalınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 91 kv/m olan 3 otaqdan ibarət evin mətbəxti və sanitar qovşağının 21 kv/m-lik sahəsi, dam örtüyünün isə 35 kv/m-lik sahəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.