Close

09:06
07 İyul 2024

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

TNS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir", - məlumatda vurğulanıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələ nə təsdiq, nə də ki təkzib edilib.