Close

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb

Zaqatalanın Yuxarı Çardaqlar kənd sakini 18 yaşlı Sərvər Əhmədovun idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobili kənd yolunda aşıb.

TNS xəbər verir ki, qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlər - Yuxarı Çardaqlar kənd sakinləri 18 yaşlı Bilal Ərtilov, 18 yaşlı Elvin Əhmədov, 18 yaşlı Muhuma Məmmədov, 14 yaşlı Məhəmməd Xəlilov və 18 yaşlı Murad Yahyayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan Məhəmməd Xəlilov və Murad Yahyayev xəstəxananın təcili yardım şöbəsində nəzarətdə saxlanılıblar. Digər dörd nəfərin xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

Avtomobildə qəzaya düşənlərin yaxın qohum və sinif yoldaşları olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.