Sabunçu rayonunda yol qəzası olub, xəsarət alan var
6
09:32 - 04 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/4/5836ae8b-8fc0-3823-86b0-0fe702189fc6_850.jpg)
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1999-cu il təvəllüdlü Haqverdiyev Elcan Azər oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.