Close

Xırdalanda 34 yaşlı qadın bıçaqlandı - Əri saxlanıldı

Abşeron rayonu Xırdalan şəhərində 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızına qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə TNS-ə DİN-in Mətbuat Xidmətindın bildirilib.

Faktla bağlı cinayət işi başlanlıb, araşdırmalar aparılır.