Close

Bakıda metronun yaxınlığında güclü yanğın - VİDEO

Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

TNS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.