Bakıda aeroport yolunda avtomobillər toqquşub, xəsarət alanlar var
9
23:33 - 01 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/1/1577375000_1577372023805_kfwie4aa.jpg)
Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin TNS-ə verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.
Yol qəzası zamanı 6 avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.