Close

Gəncədə zəncirvari qəza olub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai", "Mersedec" və "AVİA" markalı yük maşını toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.