Close

Şabranda avtomobil dərəyə aşıb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 128-ci km-də, Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, "Ford" markalı yük avtomobili ilə "Renault" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq dərəyə düşüb, yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Xəsarət alan olmayıb, maşına ciddi ziyan dəyib.

Fakt araşdırılır.