Close

09:19
03 İyul 2024

Sumqayıtda yeniyetmələr arasında dava düşüb, iki nəfər bıçaqlanıb

Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.

TNS xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Elgün Vüsal oğlu, münaqişə zəminində, eyni təvəllüdlü İsmayılov Əli Faiq oğluna və 2007-ci il təvəllüdlü Manıyev Rasif Sabit oğluna bıçaqla xəsarətlər yetirib.

Fakt araşdırılır.