Close

19:23
02 İyul 2024

Azərbaycanda hərbçi toyda öldü

Goranboyda 40 yaşlı Yardımlı sakini dünyasını dəyişib.

TNS Unikal-a istinadla xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.

1984-cü il təvəllüdlü Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətovun toy məclisində vəziyyəti qəfil pisləşib və o ölüb.

Məlumata görə, ürəktutmasından ölən şəxs hərbçidir.

Faktla bağlı araşdırma aparılır.