Close

19:23
02 İyul 2024

Qaxda ağır qəza: üç nəfər ölüb, Türkiyə vətəndaşları yaralanıb

Qaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

TNS APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz Türkiyə vətandaşlarıdır.

Qəza zamanı 6 nəfər xəsarət alıb. Onlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.

Yaralılardan biri müayinə və müalicəsini davam etdirmək üçün bu gün Zaqatala RMX-a göndərilib.

Üçü Türkiyə vətandaşı olmaqla qalan beş yaralı isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.