Xətaidə avtomobil sexində yanğın olub
12
16:34 - 30 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/30/668149b7c2d66668149b7c2d671719749047668149b7c2d64668149b7c2d65.jpg)
Xətai rayonunda avtomobil sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən TNS-ə verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan avtomobil rəngləmə sexinin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılan ehtiyat hissələri qismən, 1 ədəd su sayğacı və 1 ədəd elektrik açarı yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.