Close

11:10
02 İyul 2024

Tərtərdə "ВАЗ" markalı minik avtomobili yanıb

Tərtər rayonunun Hacıqərvənd kəndində ümumi sahəsi 175 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altında dayanan "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən TNS-ə verilən xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.