İmişlidə müxtəlif növ silah-sursat tapılıb
6
08:32 - 30 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/30/91cf36ad-0755-3cb8-be47-f41cbe56450f_850.jpg)
İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan TNS-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd "AK-74" markalı avtomat, "Karabin", "F-1" əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib.