Close

11:10
02 İyul 2024

Lənkəranda iki nəfər bıçaqlanıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

TNS xəbər verir ki, axşam saatlarında Lənkəran şəhərinin mərkəzi meydanında iki nəfər - Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü Nurlan İbadulla oğlu Nurəliyev və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Arif Fail oğlu İsmayılov bıçaqlanıb.

Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər.
Hadisənin hansı zəmində baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.