Close

Goranboyda 23 yaşlı gənc intihar edib

Goranboyda intihar hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə rayonun Xoylun kəndində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü Amin Həsənli yaşadığı evin həyəiındə özünü asıb.

Onun cəsədi yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)