Close

Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

TNS xəbər verir ki, hadisə zamanı bir nəfər xəsarət alıb.

Belə ki, 1975-ci il təvəllüdlü Səmayə Ağayeva yolu keçərkən onu minik avtomobili vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.