Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub
11
22:50 - 27 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/27/b3c1479a-04f7-3c57-9dfd-9f6558018c3c_850.jpg)
Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın Nəsimi rayonunun C.Hacıbəyli küçəsində qeydə alınıb.
Bildirilib ki, 18 mərtəbəli yaşayış binasının həyətində generatorda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.