Close

21:48
28 Sentyabr 2024

46 yaşlı kişi dənizdə batıb

Qazaxın Daşsalahlı kənd sakini Xəzər dənizində boğularaq ölüb.

TNS xəbər verir ki, hadisə Yaşma bağları ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Hümbət İcazə oğlu Əhmədovun meyiti dənizdən çıxarılaraq təhvil verilib.

Fakt araşdırılır.