Close

21:48
28 Sentyabr 2024

Abşeronda avtomobil 37 yaşlı qadını vurub

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in məlumatına görə, Xırdalan şəhərində yolu keçən 1987-ci il təvəllüdlü Kərimova Aytən Balakişi qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.