Close

21:48
28 Sentyabr 2024

Sabirabadda 19 yaşlı hamilə qadın dərmandan zəhərlənib

Sabirabadda qadın dərmandan zəhərlənib.

TNS-in məlumatına görə, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən zəhərlənib.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.