Gəncədə partlayış zamanı Samux sakini ağır yanıq xəsarətləri alıb
23
23:17 - 25 İyun 2024
Gəncədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.
TNS-in məlumatına görə, Samux rayon sakini, 1969-cu il təvəllüdlü R.Hüseynov qaynaq işi görən zaman ehtiyatsızlıqdan baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirildiyindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.
Faktla bağlı araşdırma aparılır.
Əlaqəli xəbərlər
21:05
28 Sentyabr 2024