Close

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb - FOTO

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 2-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

17190835453465456487_1200x630