Close

Bərdədə altı uşaq qidadan zəhərlənib - YENİLƏNİB

İyunun 16-da 6 nəfər azyaşlı dəqiqləşdirilməmiş zəhərlənmə (mədə bağrsaq pozulması, qusma) diaqnozu ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinin təcili yardım şöbəsinə gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bu barədə TNS-in yerli müxbirinə Bərdə Müalicə Diaqnostika Mərkəzindən bildirilib.

"Tərəfimizdən müvafiq qurumlara məlumat verilib. Gətirənlərin deməsinə görə, azyaşlılar doğum günü tədbirində olublar. Təkrar olaraq, bu gün də ailələri ilə əlaqə saxlanılıb. Hər bir azyaşlının vəziyyəti stabildir. Onlardan götürülən nümunələr müayinə olunması üçün aidiyyəti üzrə göndərilib. Müayinənin nəticəsinə əsasən, zəhərlənib-zəhərlənməmələri dəqiqləşdiriləcək", - deyə məlumatda bildirilib.

14:23

Bərdə rayonunda 6 azyaşlı qidadan zəhərlənib.

TNS-in məlumatına görə, hadisə iyunun 17-si saat 01 radələrində rayonun Zümürxan kəndində baş verib.

2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı