Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
22
11:46 - 15 Aprel 2024
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
TNS xəbər verir ki, komissiyanın növbəti iclası aprelin 17-nə təyin edilib.
Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Əfv Məsələləri Komissiyasının ilk iclasında 100-dən çox müraciətə baxılıb.