Zaqatalada gənc oğlan qəzada ölüb
40
22:31 - 17 Dekabr 2023
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan TNS-ə bildirilib ki, dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.