Qəzaya düşən maşın mağazaya girdi
47
18:08 - 28 Noyabr 2023

Bu gün Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib.
TNS qafqazinfo-ya istinadla xəbər verir ki, Azdress qəsəbəsində “Hyundai Santafe” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra sürücünün idarəetməsindən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı qapı-pəncərə mağazasına daxil olub.
İlkin məlumata görə hadisə yerində bir uşaq xəsarət alıb.