Bakıda ticarət mərkəzində yanğın - YENİLƏNİB
Hazırda 28 Mayda yerləşən "Perron Gallery" ticarət mərkəzində yanğın başlayıb.
TNS xəbər verir ki, yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər cəlb olunub.
17:20
Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub.
TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.