“Lotu Quli”nin işində yenilik - Rövşən Lənkəranskinin qardaşı beynəlxalq axtarışda

“Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətli ilə bağlı məhkəmə prosesi davam edir.
TNS xəbər verir ki, Türkiyədə öldürülən azərbaycanlı avtoritetin qətli üzrə Antalyanın Manavqat rayonunda 2-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlanlının, Rəsul Həsənovun ömürlük azadlıqdan məhrum edilmələrini istəyib.
Prokuror bu işlə əlaqəsinin olduğu sübuta yetirilən Namiq Canıyev (qətlə yetirilmiş başqa kriminal avtoritet Rövşən Canıyevın (Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsini xahiş edib, Həmin şəxslərin hazırda beynəlxalq axtarışda olduğunu xatırladıb.
Qeyd edək ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-da Antalyada qaldığı oteldə güllələnərək qətlə yetirilib. Onun Rövşən Lənkəranskinin tərəfdarlarının sifarişi ilə yaxın adamı Xaqan Zeynalov tərəfindən qisas məqsədilə öldürüldüyü bildirilir.