Close

Saatlıda qəza olub, ölən və yaralanan var

Saatlıda qəza baş verib.

TNS xəbər verir ki, Saatlı rayonunun Qazanbatan kəndi ərazisində baş verən avtoqəzada avtomobildə olan sərnişin Saatlı şəhər sakini, 1987-ci il təvəllüdlü Ağayev Xalıq Zəfər oğlu aldığı xəsarətlərdən ölüb. Sürücü yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.