Close

Lənkəranda azyaşlı intihar etdi

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

TNS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Horavenc kəndində qeydə alınıb.

Kənd sakini olan 2012 -ci il təvəllüdlü Surət Novruz oğlu Baxşıyev yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisə yerində araşdırma apardığı bildirilir.