Close

Penitensiar Xidmət polislə birgə əməliyyat keçirdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası, DİN-in Baş Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsi birgə əməliyyat keçiriblər.

Penitensiar Xidmətdən TNS-ə verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Ceyhun Cəfərzadə tərəfindən Nərimanov rayonu Ziya Bünyadov 100 ünvanında yolun kənarında gizlədilmiş ümumi çəkisi 300 qram olan metamfetamin və heroin aşkar edilib.

Araşdırmalar davam etdirilir.