Eldar Sultanov vəzifəsindən azad edilib
106
12:10 - 17 Mart 2023

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.
TNS xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.