"Bravo"da atışma olub- Ölən və yaralanan var

Bakıda "Bravo" Supermarket Şəbəkəsində atışma olub.
TNS APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
***
Məlumata görə, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.
Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.
Hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.
Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.
İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.