Sisial şəbəkələrdə 100-dək şəxsi onlayn lotereya oynamaq adıyla aldadan qadın saxlanılıb
160
16:12 - 25 Sentyabr 2022

Sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Vüsalə Rizvan qızı Qasımova polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Vüsalə Qasımova isə etiraf videosunda qeyd edib ki, "Instaqram" və "TikTok" sosial şəbəkələrində 80-100 nəfərə yaxın şəxsin onlayn lotereya oynamaq adıyla 200 manatını alaraq aldadıb.
Araşdırmalar davam etdirilir.