Close

19:21
12 Mart 2025

Tibb işçiləri etiraz aksiyası keçirdilər

Güney Azərbaycanda tibb işçiləri etiraz aksiyası keçirib.

TNS xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Məlumata görə, martın 12-də Təbrizdə bir qrup tibb işçisi şəhərin Nəsferah bölgəsindəki səhiyyə mərkəzinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Bildirilib ki, onlar borclarının dərhal ödənilməsini, sosial problemlərinin həllinə baxılmasını istəyiblər.

Bundan başqa, tibb işçiləri ağır iş saatları ilə bağlı da etiraz ediblər.