Close

03:04
13 Mart 2025

Güneyli uşaqların səsləndirdiyi "Sizə salam gətirmişəm" mahnısı maraqla qarşılandı - VİDEO

Güney Azərbaycanda uşaq xor kollektivinin ifasında oxunan "Sizə salam gətirmişəm" mahnısı sosial şəbəkədə geniş yayılıb və maraqla qarşılanıb.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Məlumat üçün qeyd edək ki, "Sizə salam gətirmişəm"in sözləri türk dili və ədəbiyyatı üzrə alim olan Mahmud Dəstpişdə məxsusdur. Əli Səlimi şeirin sözlərinə musiqi bəstələyib və nəğmə bir çox ölkələrdə, xüsusən türk dünyasında ən çox sevilən mahnılardan birinə çevrilib.