Close

İranda azərbaycanlı azarkeşlərə hücum olundu

İranda Cənubi Azərbaycan futbol komandasının azarkeşləri hücuma məruz qalıblar.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, ötən gün İranın Mazandaran əyalətinin "Vətəni" stadionunda Təbrizin "Traktor" və "Nassadji" futbol komandaları arasında qarşılaşma baş tutub.

"Traktor" komandasının azarkeşləri "Nassadji"nin azarkeşləri tərəfindən döyülüblər. Daha sonra Güney Azərbaycandan olan azarkeşlər stadiona qapadılıblar və onlar bir müddət oradan çıxa bilməyiblər.

Bildirilib ki, "Nassadji" komandasının azarkeşləri oyun zamanı "Traktor" azarkeşlərinin ünvanına şüarlar və nalayiq ifadələr işlədiblər.