Güney Azərbaycanda siyasi məhbuslar aclıq aksiyası keçirir
Güney Azərbaycanın Salmas, Xoy, Urmiya, Sulduz (Nəqədə), Ərdəbil və Təbriz şəhərlərində saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyası keçirirlər.
TNS xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.
Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı, İranın 18 şəhərinin həbsxanalarında da eyni tələblə aclıq aksiyası keçirilir.
Qeyd edək ki, son 1 ay ərzində İranda 160 məhbus edam edilib, onlarla məhbus barədə ölüm hökmü çıxarılıb.