Qərbi Azərbaycanda silahlı qarşıdurma: ölən var
39
10:36 - 31 Oktyabr 2024

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd bölgəsində əməliyyat keçirib.
TNS xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, İraqdan Qərbi Azərbaycana daxil olmaq istəyən silahlı qruplaşma üzvlərindən biri öldürülüb.
Bununla yanaşı bir neçə nəfərin həbs edildiyi və çox sayda silah-sursatın ələ keçirildiyi bildirilib.
Öldürülən və saxlanılan şəxslərin hansı qruplaşmaya mənsub olduqları bildirilməyib.
Əlaqəli xəbərlər
21:20
05 Dekabr 2024