Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Təbrizdə daha bir tarixi abidə dağılır

Təbrizin üstüörtülü bazarında yerləşən tarixi “Mirzə Mehdi” hamamı baxımsızlıq səbəbindən tamamilə dağılmaq üzrədir.

TNS xəbər verir ki, bu barədə “Azərəncümən” nəşri məlumat yayıb.

Bildirilib ki, bu, Mədəni İrs Təşkilatının tarixi abidənin bərpasına vəsait ayırmaması ilə bağlıdır.

Xatırladaq ki, divar və sütunlarında nadir rəsm əsərlərinin olduğu abidə Qacarlar dövründə inşa edilib.