Close

Dövlət Miqrasiya Xidmətindən Rza Talıbovla bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Dövlət Miqrasiya Xidmətindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, bu məlumat həqiqətə uyğun deyil:

"Nəzərinizə çatdırmaq istəyirik ki, Dövlət Miqrasiya Xidmətinin hər hansı baş idarə rəisinin sərəncama götürülməsi ilə bağlı qeyd etdiyiniz məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov hazırda vəzifələrini icra edir".